Polisin əlini dişləyən aktrisa 10 ilini həbsdə keçirə bilər VİDEO


Digərləri 11 Sen 2018 13:45:00 268 0

Polisin əlini dişləyən aktrisa 10 ilini həbsdə keçirə bilər  VİDEO

Türkiyənin məşhur aktrisası Feyza Civələk avtomobilini saxlayan polisin əlini dişlədiyi üçün məhkəməlik olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, prokuror aktrisa üçün 10 il həbs cəzası tələb edib.

"Adını Feriha Koydum" serialı ilə məşhurlaşan Feyza spirtli içki müayinəsi üçün avtomobilini saxlayan polisin əlini dişlədiyi üçün saxlanılıb. Hadisədən sonra aktrisa haqqında cinayət işi açılıb.

İnsident bir müddət əvvəl İstanbulun Ortaköy səmtində baş verib. 23 yaşlı aktrisa rəfiqəsi ilə maşında olanda polis onları saxlayıb və spirtli içki müayinəsi tələb edib. Avtomobildən endirilən aktrisa və rəfiqəsi polisin onlara zor tətbiq etdiyini iddia edərək qanun keşikçisinin əlini dişləyib.

Polisə Feyza arasında mübahisə olub. Mübahisə zəmnində aktrisa polisə təpik atıb və əlini dişləyib. Bundan sonra hər iki şəxs saxlanılaraq polis bölməsinə aparılıb.