MehdiabadPirşağı avtomobil yolunda təmir yekunlaşır FOTO


Digərləri 11 Sen 2018 13:26:00 250 0

MehdiabadPirşağı avtomobil yolunda təmir yekunlaşır  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir neçəsində işlər yekunlaşıb və ya yekunlaşmaq üzrədir.

Agentlikdən Son.az-a verilən məlumata görə, bu cür layihələrdən biri 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur.

7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə sadalanan problem artıq öz həllini tapır.


Xəbərə aid fotolar