Supun içindən siçan ölüsü çıxdı,


Dünya 11 Sen 2018 13:08:00 329 0

Supun içindən siçan ölüsü çıxdı,

Çindəki məşhur restoranların birində supun içindən siçan ölüsü çıxıb.

Son.az South China Morning Post-a istinadla xəbər verir ki, əri ilə birlikdə Veyfan şəhərindəki Xiabu restoranında yemək yeyən hamilə qadın supun qəribə dadmasından şübhələnərək yemək bişirilən qazana baxıb. O, qazanın içərisindən siçan ölüsü tapıb.

Qadın həmin anları mobil telefonla kameraya çəkib.

Müdriyyət bildirib ki, onlara 700 dollar təzminat ödəməyə hazırdır. Hətta bildiriblər ki, qadının uşağının zəhərləndiyini düşünürsə, buna görə 3200 dollar da ödəyə bilərlər.