Nazirdən İRAD: "18 min hamilənin qadın məsləhətxanasına müraciət etməməsi yolverilməzdir"


Digərləri 11 Sen 2018 12:40:01 324 0

Nazirdən İRAD: "18 min hamilənin qadın məsləhətxanasına müraciət etməməsi yolverilməzdir"

Bu il ölkədə 18 min hamilə qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

O əlavə edib ki, qadın məsləhətxanalarından alınan məlumata əsasən, respublikada ümumi doğuşların sayı 71 477 təşkil edib. 8 ay ərzində Dövlət Statistika Komitəsindən alınan rəqəmlərə görə, ümumi doğuşların sayı 89 202 olub. Baş mütəxəssisin sözlərinə görə, doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

S.Məmmədova qeyd edib ki, 8 ay ərzində respublikada ümumi qeydiyyata götürülən hamilələrin sayı 76 020 olub. Onların 39 701-i (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb: "Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27 834 (37 %) nəfər olub. Ekstragenital patologiyaların strukturuna gəldikdə, respublika üzrə 41% anemiyalı, 28% uşaqlıq üzrərində çapıqlı, 4% ürək, 6% böyrək, 2% preeklampsiyalı və 27 % digər xəstəliklər təşkil edib. 8 ay ərzində ümumi doğuşların 0,015 %-i ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qanitirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub".