Qaradağda arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


Sosial 11 Sen 2018 12:40:45 327 0

Qaradağda arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib

Qaradağ rayonunda arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi yekunlaşdırılaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir.

Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.