Xəzərdə 11 yaşlı uşaq boğuldu


Digərləri 11 Sen 2018 12:43:00 218 0

Xəzərdə 11 yaşlı uşaq boğuldu

Sumqayıt sakini dənizdə batıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilinə düşən hissəsində baş verib.

Belə ki, 2007-ci il təvəllüdlü Məmmədhəsənov Emil Qabil oğlu dənizdə çimərkən boğulub. Yeniyetmənin təhlükəsizlik qaydalarına düzgün əməl etmədiyinə görə batdığı bildirilir.

11 yaşlı Emil Məmmədhəsənovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.