Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib


Digərləri 11 Sen 2018 12:27:00 228 0

Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3 milyondan çox sərnişinə xidmət göstərib

2018-ci ilin ilk səkkiz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,08 milyon sərnişinə xidmət göstərib

. Bu göstərici ötən ilin analoji göstəricisindən 12 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Son.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 335 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 305 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 2 milyon 650 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11 faizi isə "Buta Airways"in payına düşüb.

Avqust ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və "Buta Airways" ilə yanaşı "FlyDubai", "Turkish Airlines", "Air Arabia", "Aeroflot", "UIA" (Ukrayna Beynəlxalq Hava Yolları), "Qatar Airways", "Utair", "Iraqi Airways", "Lufthansa" və "S7 Airlines" daxil olub.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Antalya, Şarja, Kiyev, Bağdad, Tehran, Bodrum və Tel-Əviv daxildir. Bu istiqamətlərə 328 min sərnişin uçub. Onlar cəmi 191 min sərnişinə xidmət göstəriblər.