İtə görə çoban yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başladı


Digərləri 11 Sen 2018 12:05:00 207 0

İtə görə çoban yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib. İttihama görə, Şamaxı rayonunun Acıdərə yaşayış massivində çobanlıqla məşğul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu olan digər çoban, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Qətlə səbəb Z.Hacıyevin itinin N.Binyətovun itini parçalayaraq öldürməsi olub.