Rövşən Lənkəranskinin qohumu Bakıdakı restoranda faciəli şəkildə ölüb


Sosial 11 Sen 2018 11:43:00 268 0

Rövşən Lənkəranskinin qohumu Bakıdakı restoranda faciəli şəkildə ölüb

Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb

Bakıda məşhur restoranda gənc oğlan faciəli şəkildə ölüb.

“Report”un xəbəbrinə görə, Nizamı rayonunda yerləşən “Neon Palace” restoranında Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Qalib Tacəddin oğlu Əzimov ərzaq daşıyan liftlə tavanın arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) qohumu olub.“Neon Palace” restoranının sahibi isə Lənkəranskinin qohumlarıdır.