Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir


Digərləri 11 Sen 2018 11:46:00 266 0

Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir

Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes-un Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib.

Son.az xəbər verir ki, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-ın əməkdaşları iştirak ediblər.

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin Baker Hughes-la yaranmış sıx əməkdaşlığından məmnun olduğunu bildirib. Cənab Rasel isə BANM-ın şirkətdə 3 ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün Baker Hughes-ın standartlarına tam cavab verdiklərini qeyd edib. O, həmçinin bildirib ki, şirkət BANM-dan növbəti təcrübəçiləri seçmək və onları 3 ay müddətində şirkətin işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.