Azərbaycanda intiharla bağlı göstərici digər inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır


Digərləri 11 Sen 2018 11:40:00 203 0

Azərbaycanda intiharla bağlı göstərici digər inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır

Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib.

Bakı. Elçin Mehdiyev – Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətdə dəyərlərin içərisindən uzaqlaşmasını göstərib. O qeyd edib ki, əgər insan bu dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır: "Dünyada hər 40 saniyədən bir kimsə intihar edir. Bu da ən çox inkişaf etmiş ölkələrdə baş verir. Azərbaycanda intiharla bağlı göstərici digər inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır".