Nazir: "Peşə təhsili sahəsi üzrə 33 yeni ixtisas yaradılıb"


Digərləri 11 Sen 2018 11:26:00 400 0

Nazir: "Peşə təhsili sahəsi üzrə 33 yeni ixtisas yaradılıb"

Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu il ölkədəki bütün "Asan xidmət" mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib.