İranlılar Şekspirə görə həbs olundular


Dünya 11 Sen 2018 11:19:00 228 0

İranlılar Şekspirə görə həbs olundular

İranda Uilyam Şekspirin “Yay gecəsi yuxu” pyesinin səhnələşdirilməsi səbəbindən iki teatr əməkdaşı həbs edilib

İranda Uilyam Şekspirin "Yay gecəsi yuxu" pyesinin səhnələşdirilməsi səbəbindən iki teatr əməkdaşı həbs edilib.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı "Associated Press" məlumat yayıb.

Tamaşanın rejissoru Mariam Kazemi və menecer Səid Assadi sentyabrın 9-u saxlanılıb. Daha sonra onlar 24 min dollar qarşılığında azadlığa buraxılıb.

Onlar sosial şəbəkədə tamaşanın görüntülərinin yayılmasından sonra həbs olunublar. Kadrlarda kişilərlə birgə qadınların rəqs etməsi əks olunub.