“Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim edib


Digərləri 11 Sen 2018 11:14:00 262 0

“Atəşgah” Sığorta Qrupu 2019-2021-ci illər üzrə inkişaf strategiyasını təqdim edib

Azərbaycanın aparıcı sığortaçılarından biri olan “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib.

Bakı. Azərbaycanın aparıcı sığortaçılarından biri olan “Atəşgah” Sığorta Qrupunun (SQ) Direktorlar Şurasının növbəti iclasında 2019-2021-ci illər üzrə inkişaf strategiyası təsdiq edilib. “Yeni biznes strategiyaya əsasən “Atəşgah” SQ üç ildən sonra daha effektiv biznes göstəricilərinə malik olacaq. Belə ki, biz, sığorta mütəxəssislərinin seçim və təlim proseslərinə, məhsulların inkişafı və modernləşdirilməsinə yatırımlar edəcəyik. Yatırımların vacib istiqamələrindən biri də - rəqəmsallaşmadır. Burada prioritet olaraq satışları əsas elektron satış kanalına çevirmək, şirkətin İT-infrastruktur bazasını təkmilləşdirməkdir”. Bunu "Atəşgah" Sığorta Şirkətinin İdarə heyətinin sədri Azər A. Əliyev adı çəkilən inkişaf strategiyasını təqdim edərkən bildirib. Onun sözlərinə görə, yeni strategiya sığorta qrupunun əməkdaşlarından ibarət işçi qrupu tərəfindən hazırlanıb və ümumilikdə, beş əsas istiqaməti özündə ehtiva edir: İnformasiya texnologiyaları infrastrukturunun inkişafı, şirkətlər üzrə rəqəmsallaşdırılma səviyyəsinin yüksəldilməsi. Biznes proseslərin təkmilləşdirilməsi. Müştəri xidmətləri səviyyəsinin yüksəldilməsi.