Nazir: Peşə təhsili sahəsi üzrə 33 yeni ixtisas yaradılıb


Digərləri 11 Sen 2018 11:08:00 286 0

Nazir: Peşə təhsili sahəsi üzrə 33 yeni ixtisas yaradılıb

Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.

Bakı. İlhamə İsabalayeva - Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, bu il ölkədəki bütün “Asan xidmət” mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib.