Kapital Bank təqaüdçülər üçün növbəti təlim keçirib


Digərləri 11 Sen 2018 09:51:36 244 0

Kapital Bank təqaüdçülər üçün növbəti təlim keçirib

Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Yaşa” təqaüdçülər mərkəzi fəaliyyət göstərir.

Bakı. Xəbər verdiyimiz kimi, Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Yaşa” təqaüdçülər mərkəzi fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir. Ötən həftə təqaüdçülər üçün növbəti maliyyə savadlığı tədbirləri keçirilib. Mərkəzə gələn bir sıra təqaüdçüyə Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov tərəfindən “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.