Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi


Digərləri 11 Sen 2018 09:47:47 243 0

Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib.

Bakı. ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edib. Trend-in məlumatına görə, ABŞ liderinin qərarı yaxınlaşan "Flores" qasırğası ilə əlaqədardır. Bildirilir ki, Cənubi Karolinada artıq əhalinin təxliyəsi başlayıb, 1 milyona yaxın sakinin təxliyəsi nəzərdə tutulur. Qeyd edək ki, artıq dünən"Flores" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.