GoPro Hero 7 action kameralarının özəllikləri FOTO


Digərləri 11 Sen 2018 08:51:00 230 0

GoPro Hero 7 action kameralarının özəllikləri  FOTO

İnternetdə GoPro Hero 7 action kamerasının və onun versiyalarının qiymətləri ilə özəllikləri barəsində məlumatlar yayılıb. Beləliklə GoPro Hero 7 Black modeli Hero 6 GP1 prosessoru ilə təchiz olunacaq. Bu model saniyədə 60 kadr olmaqla 4K videolar və saniyədə 240 kadr olmaqla Full HD videolar çəkə biləcək.

Son.az technote.az-a istinadən bildirir ki, bundan əlavə olaraq GoPro Hero 7 Black real zaman ərzində canlı yayım, HDR, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və təkmilləşdirilmiş Hypersmooth stabilizasiyası funksiyalarına sahib olacaq. Xarici görünüşcə isə yeni action kamera Hero 6-dan heçnə ilə fərqlənmir. GoPro 7 Silver isə saniyədə 30 kadr olmaqla 4K vdieo çəkə biləcək. O həmçinin ekran, GPS, 30 saniyəlik Boomerang tərzli videoların çəkilməsi və səsli idarəetmə kimi funksiyalara da sahib olacaq.


Xəbərə aid fotolar