Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var


Digərləri 11 Sen 2018 08:40:00 229 0

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, qəza zamanı 1966-cı il təvəllüdlü Əsgərov Nəhməd Müzəffər oğlu və 1966-cı il təvəllüdlü Qurbanov Mehman Xankişi oğlu xəsarət alıblar. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.