IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbuluna başlanılıb


Digərləri 11 Sen 2018 08:48:00 308 0

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbuluna başlanılıb

14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX "START" Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbuluna start verilib.

Son.az Trend-ə istinadən bildirir ki, Mədəniyyət Nazirliyindən "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir.

Filmlər iki əsas - Beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə keçirilən "Cinemobil" adlı mobil filmlərin müsabiqəsində yarışacaqlar.

Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı yerli rejissorlar da iştirak hüququna malikdirlər.

Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar bədii, sənədli, cizgi və eksperimental filmlərini 5 oktyabr tarixinə kimi təqdim edə bilərlər.

Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. Yerli müsabiqədən fərqli olaraq beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.