Opera və Balet Teatrı yeni mövsümün açılışına hazırlaşır


Digərləri 11 Sen 2018 08:38:00 430 0

Opera və Balet Teatrı yeni mövsümün açılışına hazırlaşır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.

Teatrdan Son.az-a verilən məlumata görə, mövsüm ənənə üzrə sentyabrın 19-da dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açılacaq.

Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq. Mövsümün açılış tamaşasında əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və digərləri ifa edəcəklər. Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Ü.Hacıbəyli musiqi festivalı çərçivəsində həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu" baleti, sentyabrın 23-də isə M.Maqomayevin "Şah İsmayıl" operasının tamaşaları keçiriləcək.