Windows 7 2023cü ildə "dəfn" olunacaq


Digərləri 11 Sen 2018 08:21:00 289 0

Windows 7 2023cü ildə "dəfn" olunacaq

"Windows 7" əvvəlki kimi korporativ istifadəçilər arasında ən populyar əməliyyat sistemi olaraq qalır və şirkətlər "Windows 10" sisteminə keçməyə tələsmir. "Windows 7" sisteminin genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci il tarixində dayandırılmalı idi, ancaq "Microsoft" bu müddəti daha 3 il uzatmağa dair qərar verib. Bu haqda şirkətin bloqunda "Microsoft" şirkətinin "Office" və "Windows"un marketinqi üzrə vitse-prezidenti Cared Spataro deyib.   Son.az ICTnews-a istinadən bildirir ki, vaxtı uzadılmış genişləndirilmiş dəstək "Microsoft"un korporativ lisenziyalaşdırma proqramının iştirakçısı olan "Windows 7 Professional" və "Windows 7 Enterprise" istifadəçiləri üçün əlçatan olacaq. Dəstək ödənişli olacaq: ödəniş hər bir ayrı qurğu üçün ediləcək və hər il artacaq. Son.az