Tramp Kim Çen Indan yeni görüşlə bağlı məktub alıb


Dünya 11 Sen 2018 08:24:00 261 0

Tramp Kim Çen Indan yeni görüşlə bağlı məktub alıb

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Indan yeni görüş təklifi ilə bağlı məktub alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktub "mehriban" və "isti" (münasibətlər nəzərdə tutulur - red) olub.