OnePlus 6T'nin ilk fotosu sızdırıldı


Digərləri 11 Sen 2018 08:15:00 255 0

OnePlus 6T'nin ilk fotosu sızdırıldı

Bir neçə gün bundan öncə OnePlus 6T flaqman modelinin qutusunun fotosu yayılmışdı. Bugün isə smartfonun özünün fotosu təqdim olunub. Beləliklə yayılmış ilk foto hələ təqdimatı keçirilməmiş smartfonun necə görünəcəyi barəsində tam məlumat verir. Qırmızı rəngli korpusa sahib OnePlus 6T modelinin fotosu Weibo sosial şəbəkəsinin istifadəçilərindən biri tərəfindən paylaşılıb.

Son.az technote.az-a istinadən bildirir ki, nazik çərçivələrə sahib olan çərçivəsiz smartfon yuxarı hissədə V şəkilli ekran çıxıntısına sahibdir. Həmin çıxıntı hissənin daxilində isə smartfonun ön kamerası yerləşir. Əvvəlcədən güman olunduğu kimi smartfonun arxa panelində 3 ədəd kamera yerləşəcək. İşıqlandırma sistemi arxa paneldə görünmür. Lakin təqdim olunmuş fotodakı smartfonun sağ hissəsi gizlədilib. Çox güman ki, işıqlandırma sistemi məhz həmin hissədə yerləşəcək. Arxa paneldə həmçinin barmaq izi skanı texnologiyası da görünmür.