Honor Band 4 fitnes bilərziyi təqdim edilib


Digərləri 11 Sen 2018 07:41:00 259 0

Honor Band 4 fitnes bilərziyi təqdim edilib

"Huawei" şirkəti "Honor Band 4" adlı yeni fitnes bilərziyini təqdim edib. Pulsometr, "NFC" texnologiyası ilə təchiz edilmiş "Honor Band 4" populyar "Xiaomi Mi Band 3" qurğusuna alternativ kimi baxıla bilər.   Son.az ICTnews-a istinadən bildirir ki, qurğu 2.5D qoruyucu şüşəsinə malik 0,95 düym diaqonallı rəngli AMOLED displeylə təchiz edilib. Cihaz real vaxt rejimində nəbzin ölçülməsi və süni intellektin köməyi ilə nəticəyə düzəlişi dəstəkləyir. İstehsalçının sözlərinə görə, bunun sayəsində dəqiqlik 94,3% təşkil edir. Həmçinin "Honor Band 4" qurğusu altı oxlu sensor, zəngli saat, taymer və "NFC" texnologiyası ilə təchiz edilib.   Qurğunun avtonom işləmə müddəti təxminən iki həftə təşkil edir. Bilərzik su və toza qarşı dayanıqlıdır, onunla duş qəbul etmək və üzmək olar. Bilərziyin qiyməti 29 dollardan başlayır. "Honor Band 4" bilərziyi sentyabrın 20-dən  satışa çıxarılacaq.