Şəhidlər Xiyabanında 1 mərmi aşkarlanıb (FOTO)


Digərləri 11 Sen 2018 05:01:00 254 0

Şəhidlər Xiyabanında 1 mərmi aşkarlanıb (FOTO)

Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub

Bakı. Tural Turan - Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub. Trend-in məlumatına görə, 10 sentyabr tarixində saat 19:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Lənkəran şəhər Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.