Mollalardan İNANILMAZ ADDIM: nəzir pulunu toplayıb LENİNƏ HEYKƏL QOYDULAR VİDEO


Digərləri 10 Sen 2018 23:54:00 272 0

Mollalardan İNANILMAZ ADDIM: nəzir pulunu toplayıb LENİNƏ HEYKƏL QOYDULAR  VİDEO

Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.

Son.az xəbər verir ki, Şaruz şəhərində Leninin heykəli iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.

Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki, heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.

"Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin, heykəlin qoyulduğu parkı da səliqəyə saldılar", - deyə bələdiyyə nümayəndəsi bildirib.