Məmurların səhvi Xemnits hadisələrinə gətirib çıxarıb


Dünya 10 Sen 2018 23:57:00 280 0

Məmurların səhvi Xemnits hadisələrinə gətirib çıxarıb

Xemnitsdə 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən, iraqlı qaçqın olduğu ehtimal edilən adam şəxsi işi nəzərdən keçirilərkən miqrasiya idarəsi məmurlarının səhvə yol verməsi ucbatından Almaniyadan çıxarılmayıbmış. Bu barədə "Bild am Sonntag" həftəliyi hadisə barədə məlumatı olan həmsöhbətinin adını çəkmədən ona istinadla məlumat yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Miqrasiya və Qaçqınlar Məsələləri üzrə Federal İdarənin (BAMF) Xemnits bölməsi əməkdaşlarının 2016-cı ilin mayında BAMF-dan aldıqları məktubda deportasiyanın müddəti 2016-cı ilin noyabrınadək uzadılıb. Lakin bu barədə "sənədlərdə qeyd aparılmayıb" və yeli hökumət orqanları hələ də hesab edirdilər ki, deportasiya, əvvəllər nəzərdə tutulduğu kimi, avqustda olacaq. Lakin onlar sonda bu müddəti kifayət hesab etməyiblər və 2016-cı ilin iyulunda deportasiya proseduruna xitam verilib.