Çin öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb


Dünya 10 Sen 2018 23:45:00 364 0

Çin öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb

Çin sentyabrın 10-da Şanxay şəhərinin limanında öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Syuelun-2" (Qar əjdahası) adlı bu buzqıran gəminin tikintisi 2016-cı ildə başlayıb. Onun hazırlanmasına təxminən 153 milyon dollar ayrıldığı bildirilir.

İndiyədək Çində elmi-tədqiqat məqsədi ilə istifadə olunan və 1993-cü ildə Ukraynada hazırlanmış cəmi bir ədəd "Syuelun" tipli buzqıran gəmi vardı. "Syuelun-2" öz "böyük qardaşından" bir qədər kiçikdir. Çin istehsalı olan buzqıran gəminin uzunluğu 122,5 metr, eni 22,3 metr, ağırlığı isə 12,3 min tondur. O, 1,5 metr qalınlığında buzu qıraraq üzə bilir.