Qatil bacılar Kiçiyinin əsəbləri dözmədi


Digərləri 10 Sen 2018 23:33:00 317 0

Qatil bacılar  Kiçiyinin əsəbləri dözmədi

Atalarını Moskvada qətlə yetirən Xaçaturyan bacılarından kiçiyi - Mariya, "Butırskaya" İstintaq təcridxanasının psixiatrik xəstəxanasına köçürülüb.

Son.az "ölkə.az"-a istinadən xəbər verir ki, bunu Rusiya paytaxtının İctimai müşahidə komissiyasının baş katibi İvan Melnikov bildirib:

"Çox guman ki, onun psixiki vəziyyətini müəyyənləşdirmək üçün müayinə edəcəklər. Ola bilsin, bu, ekspertizanın keçirilməsi üçün tələb olunur". Melnikov qeyd edib ki, Xaçaturyan kamerada tək deyil, onun yanında qadın da var. Eyni zamanda müttəhim bütün zəruri əşyalarla təmin edilib.