Malta-Azərbaycan oyununda birinci taym başa çatıb


Digərləri 10 Sen 2018 23:36:39 251 0

Malta-Azərbaycan oyununda birinci taym başa çatıb

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyununda birinci taym başa çatıb.

Bakı. Tural Turan - Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyununda birinci taym başa çatıb. Trend-in məlumatına görə, hesabı Malta yığması 10-cu dəqiqədə açıb. Aqius millimizin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Azərbaycan millisi hesabı bərabərləşdirə bilib. Belə ki, 26-cı dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə rəqib qapıçısını məyus edib. Birinci taym 1:1 hesabı ilə başa çatıb.