Cek Ma daha bir il öz postunda qalacaq


Digərləri 10 Sen 2018 23:18:00 261 0

Cek Ma daha bir il öz postunda qalacaq

"Alibaba" elektron ticarətinin yaradıcısı və rəhbəri Cek Ma (Ma Yun) düz bir ildən sonra postunu tərk edəcək. O, 2019-cu il sentyabrın 10-da öz səlahiyyətlərini Daniel Cana (Can Yun) təhvil verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Alibaba Group" kompaniyasına məxsus "South China Morning Post" qəzeti məlumat yayıb. "Bu gün "Alibaba" kompaniyasının 19 yaşı tamam olur. Direktorlar şurasının qərarına əsasən, düz bir ildən sonra idarə heyətinin sədri vəzifəsini tərk edəcəyəm", - deyə biznesmen bildirib.

Cek Ma postunu tərk etdikdən sonra kompaniyanın direktorlar şurasının heyətində qalacaq və azı 2020-ci ilə qədər onun idarə olunmasına nəzarət edəcək.