Heyvanın 1001 faydası


Digərləri 10 Sen 2018 22:55:00 361 0

Heyvanın 1001 faydası

Bu dadlı və faydalı meyvə güclü müalicəvi təsirə malikdir. Heyva pektinlər, dəmir, kalium, kalsium, mis, fosfor, orqanik turşular, PP, A, B1, B2, B6, C vitaminlərlə, beta-karotinlə zəngindir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, heyvanı müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar.

Heyva güclü sidikqovucu sayılır və bu səbəbdən müxtəlif sidik ifrazı sistemi xəstəlikləri zamanı çox xeyirlidir.

Mədə-bağırsaq sistemində problemləri olan insanlar da bu meyvədən faydalana bilər. Mis və sellülozla zəngin olan heyva həzm prosesləri yaxşılaşdırır, qaraciyərin və öd çıxarıcı yollarının funksiyalarını yaxşılaşdırır, ishalla mübarizədə kömək edir.

Heyva dietik məhsuldur. Arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı heyva çox uğurla istifadə oluna bilər.

Heyva şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün da faydalıdır.

Heyva antioksidant maddələrlə zəngindir ki, bu faydalı xüsusiyyət onu xərçəng hüceyrələrin əmələ gəlməsi ilə mübarizədə yaxşı köməkçi edir. Heyva orqanizmdə gedən qocalma proseslərini ləngidir.

Heyvanın unikal antivirus xüsusiyyətləri onu qripp və soyuqdəymənin müalicəsi zamanı uğurla istifadə etməyə imkan verir. Bu halda heyva az miqdarda suda bişirilməli və su ilə birlikdə qəbul olunmalıdır.

Heyva dəmir mikroelementi ilə olduqca zəngindir. Bu səbəbdən heyva anemiya (qanazlığı) zamanı insana böyük kömək edə bilər. Uşaqlara heyva şirəsi və heyva kompotları vermək yaxşıdır.