Azərbaycanlı məşhurun NyuYork stilləri FOTO


Şou-biznes 10 Sen 2018 22:49:00 346 0

Azərbaycanlı məşhurun NyuYork stilləri  FOTO

Xəbər verdiyimiz kimi, aparıcı və tanınmış bloger Günel Hümbətova Nyu-Yorka köçüb.

Son.az xəbər verir ki, qızı ilə həyat yoldaşının yanına köçən məşhur yutub kanalı üçün yeni videolar çəkməsə də, İnstaqramdakı aktiv fəaliyyətini qoruyub saxlayır. O, mütəmadi olaraq öz dəstlərini sosial şəbəkədə paylaşaraq izləyicilərinə məsləhətlər verir. Bundan başqa G.Hümbətova moda paytaxtı sayılan Nyu-Yorkda baş tutan bir neçə dəb nümayişlərinə qatılıb.

Bloger moda həftələri ilə bağlı fikirlərini sosial şəbəkədə bildirib:

"Moda həftəsi ərzində çoxlu sayda tədbirlər, gecələr təşkil olunur. Moda ilə əlaqəli insanlar bir araya gəlir. Çoxlu əlaqələr qurmaq üçün əla şərait yaradılır. Hələ təəssürat yazmaq üçün tez olsa da, deyim ki, moda həftəsi ərzində Nyu-Yorkda olmaq, şoulara dəvət almaq çox xoşdur. Və mənə təcrübə qazandırır. Bütün şoularda iştirak etmək fiziki olaraq mümkün deyil. Çünki keçirildikləri məkanlar bir-birinə uzaqda yerləşir, üstəlik burada yaşayırsansa, məişət qayğıların varsa və hər şey spontan baş verirsə, bütün bu hadisələrin içində olmaq, istədiyin kimi görünə bilmək və s. olduqca çətindir. Lakin xüsusilə subaylara yerində oturmamağı və daima arzularının arxasınca qaçmağı, özünü inkişaf etdirməyi, yeni insanlar tanımağı və sadəcə bütün bunlardan zövq almağı tövsiyə edirəm. Növbəti illərdə daha hazırlıqlı iştirak etmək ümidi ilə.


Xəbərə aid fotolar