Ucarda nə baş verir? VİDEO


Digərləri 10 Sen 2018 22:29:00 219 0

Ucarda nə baş verir?  VİDEO

Vətəndaşlara məxsus əkin sahələrinin kənarındakı kol-koslar və ya ağaclar qəsdən yandırılır. Son.az bildirir ki, hadisə Ucar rayonunda baş verib. Rayonun Qəzyan sakinlərinə məxsus həyətlərin ətrafında ağaclar və kolları naməlum şəraitdə yandırılıb. Sakinlərdə baş verən hadisəni kimin tərəfindən törədilməsini bilmirlər.

Sakinərin sözlərinə görə, əsasəndə yanğın hadisələri gecə saatlarında baş verir. Yanğın gecə saatlarında olduğundan hadisədən gec xəbər tuturlar. Bəzilərinin həyətyanı sahələrində isə gündüzlər yangınlar törədilib. Maraqlı məqam odur ki yanğın baş verən ərazidə yanğının baş verməsinə ehtimal olunan nə elektirik naqilləri nə də ki, başqa səbəb yoxdur.

Artıq bu hadisələrdən kənd sakinləri təşvişə düşüblər. Onlar evlərin yandırılmasından qorxurlar. Naməlum şəraitdə baş verən yağın hadisəsi 6 sakinə məxsus olan həyatyanı sahədə baş verib. Faktla bağlı Ucar rayon polis şöbəsinə müraciət edilib, araşdırma aparılır. /xezerxeber.az