Alimlər qədim qalaktik külək kəşf etdilər


Digərləri 10 Sen 2018 22:12:00 217 0

Alimlər qədim qalaktik külək kəşf etdilər

Amerikalı alimlər elm tarixində ilk dəfə olaraq molekulyar axın kəşf ediblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Yerdən 12 milyard işıq ili uzaqda olan qalaktikada bu axın ulduzların yaranmasında iştirak edir.

Texas universitetinin tədqiqatçı alimi Castin Spilker deyib:

"Biz düşünürük ki, qaz axını və küləklər qalaktikada formalaşır və böyüyür".Qalaktikalar soyuq molekulyar qazdan yeni ulduzlar yaradaraq böyüyürlər. Spilker digər alimlərlə birlikdə "SPT2319-55" qalaktikasında belə güclü axınlardan birini kəşf edə biliblər. Məlum olub ki, molekulyar küləkləri bizə yaxın olan qalaktikalarda da kəşf etmək mümkündür.