Bakı məktəblərində niyə sıxlıqdır? VİDEO


Digərləri 10 Sen 2018 22:15:00 225 0

Bakı məktəblərində niyə sıxlıqdır?  VİDEO

Ötən il Bakı şəhəri üzrə ümumtəhsil məktəblərininin birinci sinfinə 44 mindən çox şagird qəbul olmuşdusa, bu ilə bu rəqəmin 4 mindən çox artacağı gözlənilir. Bu isə məktəblərdə ötən ildə müşahidə edilən sıxlığın artımına səbəb olacaq.

Son.az bildirir ki, Bakı Şəhəri üzrə təhsil idarəsindən verilən məlumata görə, 1-ci sinfə qəbul üçün 47 min şagird elektron qeydiyyatdan keçib ki, bu da ümumi şagirdlərin 98 %-ni təşkil edir. Paytaxtın bəzi hissələrində isə sıxlıq daha çoxdur.

Bundan başqa, suni sıxlığın qarşısına almaq məqsədilə təhsil idarəsi tərəfindən paytaxtın 15 % məktəbində mikro ərazi prinsipi tətbiq edilib. Bu üsul məktəbin yaxınlığında daimi qeydiyyatda olan şagirdlərə üstünlük hüququ verir.

Bəzi məktəblərdə müşahidə olunan sıxlığın aradan qaldırılması üçün ikinövbəli tədris sisteminə üstünlük veriləcək.