Braziliyada yüzdən çox məhbus həbsxanadan qaçıb


Dünya 10 Sen 2018 21:36:00 280 0

Braziliyada yüzdən çox məhbus həbsxanadan qaçıb

Bu gün Braziliyanın Paraiba ştatının Juan-Pessoa şəhərindəki həbsxanadan ən azı 105 məhbus qaçıb. 

Son.az "report"-a istinadən bildirir ki, yerli hakimiyyət nümayəndələri bir qrup silahlının qaçışı təşkil etmək məqsədilə həbsxananın qapısını partlatdığını və gözətçilərə atəş açdığını bildiriblər.

Hadisə nəticəsində gözətçilərdən biri ağır yaralanıb.