Bakıda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb


Digərləri 10 Sen 2018 20:52:00 206 0

Bakıda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb

Bakıda orta yaşlı qadın itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Rayonun M.Əliyev küçəsi, ev 26-da yaşayan, 1978-ci il təvəllüdlü Səmədova Sevinc Tofiq qızı avqustun 6-da saat 18 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.

Son.az