Hərbi texnikaları düşüncə gücü ilə idarə etmək mümkün olacaq


Digərləri 10 Sen 2018 20:40:00 298 0

Hərbi texnikaları düşüncə gücü ilə idarə etmək mümkün olacaq

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) nümayəndələri təşkilatın yaradılmasının 60 illiyinə həsr edilən simpoziumda hazırda mühəndislərin hazırladığı ən maraqlı texnologiyalar barədə məlumat veriblər.

Son.az ICTnews-a istinadən xəbər verir ki, "DARPA" təmsilçiləri "N3" texnologiyası - hərbi texnikanı fikrin gücü ilə idarə etməyə imkan verən növbəti nəsil qeyri-cərrahi neyrosistem barədə danışıblar.

Məlumata görə, "N3" proqramı beyinin cərrahi müdaxilə və ya müxtəlif mürəkkəb prosedurlar tələb etməyən kompüter interfeysinin yaradılmasını nəzərdə tutur. Mühəndislərin əsas məqsədi texnikanın idarə edilməsi üçün beyin siqnallarından istifadədən ibarətdir. Bu, həmçinin əlillərə döyüş əməliyyatları yerlərində olmağa imkan verəcək.