Cənubi Koreya İrandan neft idxalını dayandırdı


Dünya 10 Sen 2018 20:12:00 221 0

Cənubi Koreya İrandan neft idxalını dayandırdı

Bu ilin avqust ayında Cənubi Koreya İrandan xam neft idxal etməyib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, iyulda Cənubi Koreyanın İrandan sutkalıq neft idxalının həcmi 194 min barel təşkil edib ki, bu da ölkəyə Hindistan və Çinlə birlikdə ilk 3-lüyə daxil olmağa imkan verib.

Qeyd edək ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı növbəti sanksiyaları qüvvəyə minəcək. Sanksiyalar İrandan neft idxalının məhdullaşdırılmasını da ehtiva edir.