Uçan taksilər nə vaxt istifadəyə veriləcək?


Digərləri 10 Sen 2018 20:00:00 299 0

Uçan taksilər nə vaxt istifadəyə veriləcək?

Saatda 300 km sürətə çatacaq uçan taksilər 2022-ci ildə istifadəyə veriləcək.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İngiltərənin "Vertical Aerospace" şirkəti tərəfindən hazırlanan model hazırda saatda 160 km sürətlə hərəkət edə bilir, lakin gələcəkdə bu rəqəm artacaq.

Londondan Edinburq, Paris kimi səyahətlər bu taksilər vasitəsilə gerçəkləşdiriləcək. Şirkət 4 il ərzində lazımi rəsmi icazələri almağı planlaşdırır. Nəqliyyat vasitəsinin havalimanlarında sərnişin sıxlığını azaltması gözlənilir. Uçan taksilər əvvəlcə pilotlar tərəfindən idarə ediləcək. Lakin gələcəkdə süni intellekt vasitəsilə istifadə edilən pilotsuz taksilərin istehsalı planlar arasındadır.


Xəbərə aid fotolar