Ana ölümləri ilə bağlı 11 tibb işçisi işdən çıxarılıb


Digərləri 10 Sen 2018 19:52:00 236 0

Ana ölümləri ilə bağlı 11 tibb işçisi işdən çıxarılıb

Səhiyyə Nazirliyində Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclası keçirilib.

Son.az nazirliyə istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Respublikanın baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib.

Bildirib ki, 8 ay ərzində ölkədə ümumi qeydiyyata götürülən hamilələrin sayı 76020 olub. Qadın məsləhətxalardan alınan məlumata əsasən respublikada ümumi doğuşların sayı 71477 təşkil edib. 8 ay ərzində Dövlət Statiastika Komitəsindən alınan rəqəmlərə görə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

Səkkiz ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmamazlığı, anestezioloji qüsur olmuşdur.