Göygöldə son tunc-ilk dəmir dövrünə aid yeni nümunələri aşkarlanıb


Digərləri 10 Sen 2018 19:46:00 249 0

Göygöldə son tunc-ilk dəmir dövrünə aid yeni nümunələri aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Göygöl rayonunda apardığı arxeoloji qazıntı və çöl-tədqiqat işləri zamanı son tunc - ilk dəmir dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Göygöl rayonunda apardığı arxeoloji qazıntı və çöl-tədqiqat işləri zamanı son tunc - ilk dəmir dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb. İnstitutdan Trend-ə verilən məlumata görə, Gəncə-Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb. Əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin Heydər Əliyev parkına yaxın ərazidə, Gəncə-Şəmkir yolunun sağında, Quru Qobunun sol tərəfində, Quşqara bələdiyyəsinin ərazisində yerləşən kurqan tipli qəbirlərdə aparılıb. Arxeoloji qazıntı işlərinə Göygöl rayon İcra Hakimiyyəti tərəfindən müvafiq köməklik göstərilib. Arxeoloji qazıntıların nəticələri göstərib ki, əslində kurqan kimi təqdim edilən abidələr sadəcə kurqan tipli qəbirlər olub, Azərbaycanın son tunc dövrü köçəri tayfalarının adət-ənənələrini və həyat tərzini əks etdirir.