Azərbaycanın tikinti şirkətləri bir neçə ölkəyə məhsul ixrac edəcək (FOTO)


Digərləri 10 Sen 2018 19:03:00 289 0

Azərbaycanın tikinti şirkətləri bir neçə ölkəyə məhsul ixrac edəcək (FOTO)

Azərbaycanın inşaat və tikinti materialları məhsulları 4-6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazbuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub.

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın inşaat və tikinti materialları məhsulları 4-6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazbuild” inşaat və tikinti materialları sərgisində nümayiş olunub. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan məhsulları “Ən yaxşı debüt” mükafatına layiq görülüb. Azərbaycan məhsullarının yüksək zövq və peşəkərlıqla hazırlanmış stenddə təqdimatına görə AZPROMO sertifikatla mükafatlandırılıb. Sərgi çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan Azərbaycanın “FƏXRƏDDİN - K" MMC şirkəti Qazaxıstanın Almatı və digər regionlarında fəaliyyət göstərən tikinti şirkətləri ilə aparılan danışıqlarda şirkətin məhsullarının Qazaxıstanda satışına dair ilkin razılıqlar əldə edib.