"Qarabağ"ın rəqibi futbolçu itkisi ilə üzləşib


İdman 10 Sen 2018 19:00:00 297 0

"Qarabağ"ın rəqibi futbolçu itkisi ilə üzləşib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu futbolçu itkisi ilə üzləşib. 

Goal.az xəbər verir ki, "topçular"ın yeni transferi Lukas Torreyra Uruqvay milli komandasının düşərgəsində zədələnib. Meksika ilə yoldaşlıq görüşünə start heyətdə başlayan 22 yaşlı yarımmüdafiəçi 45-ci dəqiqədə sol dizindən zərbə alaraq əvəzlənməli olub. O, həftəsonu "Nyukasl" komandası ilə Premyer Liqanın V tur matçını buraxmalı olacaq. Torreyranın yaşıl meydanlara qayıtma vaxtı hələlik bəlli deyil.

Qeyd edək ki, yoldaşlıq görüşü Uruqvay millisinin qələbəsi ilə yekunlaşıb - 4:1.