Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq


Digərləri 10 Sen 2018 18:43:00 263 0

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq

Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb.

Bakı. Bu gün Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında 21-25 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılağı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.