Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümün açılışına hazırlaşır


Kriminal 10 Sen 2018 18:04:00 300 0

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümün açılışına hazırlaşır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.

Son.az xəbər verir ki, mövsüm ənənə üzrə sentyabrın 19-da dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açılacaqdır.

Tamaşa bu il 10-cu dəfə keçiriləcək Üz.Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaqdır. Mövsümün açılış tamaşasında əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və b. ifa edəcəklər. Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Üz.Hacıbəyli musiqi festivalı çərçivəsində həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu" baleti, sentyabrın 23-də isə M.Maqomayevin "Şah İsmayıl" operasının tamaşaları keçiriləcəkdir.