Rusiyada teraktlar törətmək istəyən İŞİDçi tutuldu


Dünya 10 Sen 2018 18:08:00 258 0

Rusiyada teraktlar törətmək istəyən İŞİDçi tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Smolensk vilayətində, Rusiyada terror aktları və Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk xalq respublikalarının liderlərini öldürməyi planlaşdıran İŞİD təşkilatının üzvünü saxlayıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə FTX məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs Dağıstan sakini, 1988-ci il təvəllüdlü Məcid Maqomedovdur. Ondan gücü 1,5 kiloqram trotil olan əldəqayırma partlayıcı qurğu, səsboğucusu olan tapança və sursat götürülüb.