Sabri Sarıoğlu karyerası ilə bağlı açıqlama verib


İdman 10 Sen 2018 18:07:00 267 0

Sabri Sarıoğlu karyerası ilə bağlı açıqlama verib

Galatasaray-ın sabiq müdafiəçisi Sabri Sarıoğlunun karyerasını başa vurması barədə xəbərlər yayılıb. Türkiyə mətbuatı onun 17 illik futbolçu həyatına nöqtə qoyduğu barədə informasiya yaymışdı. Goal.az xəbə\r verir ki, Sabri açıqlama verərək, yayılan xəbərin həqiqəti əks etdirmədiyini deyib:

“Məndən açıqlama gəlməyincə, insanlar heç bir xəbərə inanmasınlar. Elə bir şey olsa, özüm açıqlayaram”.

15 il Galatasaray-da forma geyinən Sabri, “sarı-qırmızılar”ın heyətində 357 rəsmi qarşılaşmada iştirak edib. Sabri son olaraq Super Liqa təmsilçisi Göztepe-də çıxış edib.